“100 milyon avroya “yox” demək asan olmur” – Spaletti

“Napoli”nin baş məşqçisi Luçano Spaletti hücumçu Viktor Osimhenin “Mançester Yunayted”ə keçmə ehtimalını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı məşqçi, klubun futbolçuları hər zaman düşündüyünü deyib:

“Ehtimalları düşünməyə vaxtım yoxdur, bir neçə gündən bir oyunumuz olur.

Klub bu haqda düşünürmü? Klub futbolçularımızın ətrafında istənilən vəziyyəti düşünür. Kimsə sizə 100 milyon avro təklif edirsə, “yox” demək asan olmur. Mən bura gələndən bəri bütün oyunçular düzgün məbləğdə qiymətləndirilib”.

Osimhen A Seriyasında yeni mövsümdə neapolluların heyətində iki matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Daha əvvəl “Mançester Yunayted”in 23 yaşlı nigeriyalı üçün təxminən 100 milyon avro təklif edə biləcəyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button