“Kazemironu “Fulhem”lə matçda görməyəcəyik” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın yarımmüdafiəçisi Kazemironun “Nyukasl”la oyunda (0:3) niyə əvəzləndiyini açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, futbolçunun zədəsinə görə əvəzləndiyini söyləyib:

“Fasilədən əvvəl zədələndi, ona görə də, onu əvəz etdik. Onun vəziyyəti ilə bağlı yekun nəticəyə gəlmək üçün bir gün gözləməliyik. Amma düşünürəm ki, onu şənbə günü “Fulhem”lə matçda görməyəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button