Dünyanın ən bahalı 10 futbol klubu – SİYAHI

2026-cı il üçün dünyanın ən bahalı futbol klublarının yenilənmiş reytinq siyahısı təqdim olunub.

Komanda.az xarici KİV-ə istinadən verir ki, siyahı hazırlanarkən klubların açıq maliyyə hesabatları, “Deloitte” şirkətinin (xüsusilə, “Football Money League”) araşdırmaları, futbol maliyyəsi üzrə mütəxəssislərin analitikası və nəşrin öz hesablamaları nəzərə alınıb.

Klubların gəlirləri üç əsas istiqamət üzrə qiymətləndirilib: televiziya hüquqları, kommersiya fəaliyyəti və matç günü gəlirləri.

Reytinqdə ən çox təmsil olunan liqa MLS (ABŞ) olub – ilk 50-likdə 18 klub yer alsa da, onların heç biri onluğa düşə bilməyib. Siyahıya 7,7 milyard dollar dəyəri ilə “Real” başçılıq edir. Maraqlıdır ki, ilk 10-luqda altı pillə Premyer Liqa klublarına məxsusdur.

2026-cı ilin ən bahalı 10 futbol klubu:

Real – 7,7 (milyard dollar)

Barselona – 6,65

Mançester Yunayted – 6,47

Bayern – 5,78

Liverpul – 5,74

Mançester Siti – 5,7

Arsenal – 5,43

PSJ – 5

Çelsi – 4

Tottenhem – 3,5

Beləliklə, maliyyə gücü baxımından Avropa klublarının üstünlüyü davam edir və xüsusilə, İngiltərə təmsilçiləri bu mənada diqqət çəkir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button