“Buna görə də, məni tənqid edirlər” – Kurtua

Cari mövsümdə göstərdiyi oyuna görə tənqid olunan “Real” klubunun qapıçısı Tibo Kurtua açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı qolkiper, tənqidlərə fikir vermədiyini deyib:

“Mətbuatda yazılanları oxumuram. Daha çox baş məşqçinin və komanda yoldaşlarımın dediyinə diqqət edirəm. Mediada işləyənlərin çoxu qapıçı olmağın çətinliyini bilmir.

Baş məşqçimiz Zinəddin Zidan hər zaman mənə güvənib, dəstək olub. Həm “Atletiko”da, həm də “Çelsi”də uğurlu oldum. “Real”da da çıxışımın yaxşı olduğunu düşünürəm. “Brügge” ilə oyunda (2:2) iki qol buraxdım. Zədələndiyim üçün fasilədə əvəzləndim, amma mətbuat bu məsələni böyütdü.

Öz istedadımdan şübhə etmirəm, dünyanın ən yaxşı qapıçılarından biriyəm. Buna görə də, məni tənqid edirlər. Amma mən bu tənqidlərə  qarşı hər zaman sakit oldum və bir müddətdir daha yaxşı çıxış edirəm”.