Dünya Seriyası: “Neftçi” ilk oyunda qələbə qazandı

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsinə qələbə ilə start verib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” B qrupunda Polşa yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb – 22:13.

“Neftçi” bu gün Çin millisi ilə də üz-üzə gələcək.

Turnirə mayın 8-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button