
Dünya çempionatı ləğv olundu
Mayın 8-də İsveçrədə start götürməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub.
Komanda.az xəbər verir ki, bu barədə Beynəlxalq Xokkey Federasiyası qərar qəbul edib.
Səbəb kimi təşkilatçı ölkədə xəstəliyə yoluxanların sayının sürətlə artması göstərilib. Mundial mayın 24-dək davam etməli idi.
Hazırda dünyada xokkey turnirlərinin çoxu dayandırılıb və ya vaxtından əvvəl dayandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin