Dubl etdi və tarixi rekordu təkrarladı

“Mançester Siti” İngiltərə Premyer Liqasının 30-cu turunda “Sauthempton”u məğlub edib (4:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qarşılaşma “şəhərlilər”in hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Norveçli forvard bir mövsüm ərzində vurduğu qolların sayına görə niderlandlı keçmiş hücumçu Rud van Nistelroy və “Liverpul”un futbolçusu Məhəmməd Salahın rekordunu təkrarlayıb.

Haland matçda dubla imza atıb və bununla da, cari mövsümdə 44-cü qolunu rəsmiləşdirib. Bu rəqəm Salahın (2017/18) və Van Nistelroyun (2002/02) İngiltərə çempionatında bir mövsüm ərzində əldə etdikləri rekord nəticənin təkrarıdır.

Norveç millisinin üzvə hazırda İngiltərə çempionatının bombardirlər yarışında 30 qolla birincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button