Makron PSJ-ni azarkeşsiz qoydu

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək PSJ – “Mançester Yunayted” oyununda yerli azarkeşlər iştirak edə bilməyəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Fransada komendant saatının tətbiq edilməsidir. Prezident Emmanuel Makronun ötən gün imzaladığı sərəncama əsasən, ölkənin İl-de-Frans bölgəsində və digər 8 şəhərdə saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq edilib və küçəyə çıxmaq qadağan olunub. Bu səbəblə, Paris klubunun oktyabrın 20-də baş tutacaq ev matçı azarkeşsiz keçiriləcək.