Dmitri Nazarov üçün 10 dəqiqə və 1 xal

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Duysburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Nazarov da bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.

“Ersgebirge” hazırda 26 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button