Dmitri Nazarov qələbəni kənardan izlədi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Sankt Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Nazarov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ersgebirge” hazırda 25 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button