2 klubun hədəfində olan Dumfrisdən açıqlama

“İnter”in müdafiəçisi Denzel Dumfris “Çelsi” və “Mançester Yunayted”in onunla maraqlanmasına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, “İnter”lə çempionluq qazanmaq istədiyini deyib:

“Əlbəttə, bu məni qürurlandırır, lakin hazırda diqqətimi yalnız “İnter”ə yönəltmişəm. Biz çempionluğu qazanmaq istəyirik, çünki ötən mövsüm onun bir addımlığında dayanmışdıq. “Milan”a titul uğrunda mübarizədə məğlub olmaq hələ də təsir edir”.

Cari mövsümdə Dumfris “İnter”in heyətində 9 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Çelsi” və “Mançester Yunayted”in futbolçu üçün 30-35 milyon avro təklif etməyə hazır olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button