MY portuqaliyalını “Barselona”ya bir halda buraxa bilər

“Barselona” “Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalotla maraqlanır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, İngiltərə klubu futbolçusu ilə yollarını ayırmağa tələsmir. “Qırmızı şeytanlar” “Norviç”dən Maksimilian Aronsla müqavilə bağlasalar, 23 yaşlı futbolçunu Kataloniya klubuna buraxa bilərlər.

Daha əvvəl MY ilə müqaviləsi mövsümün sonunda başa çatacaq portuqaliyalı futbolçunun Avropanın bir neçə klubunun maraq dairəsində olduğu bildirilirdi.

Dalot 2018-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, 2020-ci ilin oktyabrından 2021-ci ilin iyununa qədər “Milan”da icarə əsasında forma geyinib.

Dalot bu mövsüm Premyer Liqa və Avropa Liqasında 17 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button