Tuxeldən Mahirin komandası ilə oyun haqda açıqlama

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Zaqreb “Dinamo”su ilə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Dinamo”nun texniki və emosional futbol göstərmək istədiyini düşünür:

“Dinamo” qalib gəlməyə öyrəşib, bu, onların mentalitetində var. Qrup mərhələsində işlərini layiqincə yerinə yetirdilər. Əminəm ki, onlar bizə texniki və emosional futbol göstərmək niyyətindədirlər. Onların fərdi istedadları var, “Dinamo”da, Xorvatiya komandalarında həmişə belə olub.

Onların sürəti və driblinqləri, yaxşı cinah oyunçuları var. Gözləntilərin üstündə oynamaq üçün zəif statusundan istifadə edirlər və imkanlarımızdan aşağı oynamağımıza əmin olmağa çalışacaqlar. Onların planı budur. Biz bunu yadda saxlamalıyıq”.

“Dinamo” – “Çelsi” matçı bu gün keçiriləcək və saat 20:45-də başlayacaq.

Zaqreb komandasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button