Dibalanın yeni klubu açıqlana bilər – bu gün

“Yuventus”dan azad agent kimi ayrılan Paulo Dibala “İnter”in futbolçusu olacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yaxın bir neçə saat ərzində İtaliyanın vitse-çempionunun nümayəndələri argentinalı futbolçunun agenti ilə görüş keçirəcək və müqavilə bağlayacaqlar.

28 yaşlı Dibala 2015-ci ildə “Yuventus”a keçib. O, Turin komandasının heyətində 293 oyunda 115 qol vurub və 48 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin