“Deyəsən, sosial məsafə qaydasını pozacam və onu qucaqlayacam” – Mourinyo

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində “Everton”la qarşılaşacaq “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, London klubunun turnir cəvdəlindəki yeri və “Everton”un baş məşqçisi Karlo Ançelotti barədə danışıb:

“Cari mövsümü yüksək pillələrdə bitirəcəyimizə inanıram, amma bunun olmaması da mümkündür. Bu baş verməsə belə, dünyanın sonu deyil. Növbəti mövsümün daha fərqli olacağını düşünürəm.

Futboldakı hər kəsin bir insan və məşqçi olaraq Ançelottiyə heyran olduğunu düşünürəm. O, son 20 ildə və hazırda ən yüksək səviyyədəki məşqçilərdən biridir. Karlonu çox sevirəm. Buna görə də, deyəsən, sosial məsafə qaydasını pozacam və onu qucaqlayacam”.

“Tottenhem” – “Everton” oyunu sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button