Deşam İtaliya millisini çalışdıracaq? – Açıqlama

Fransa millisinin baş məşqçisi Didye Deşam İtaliya yığmasına mümkün keçidi barədə danışıb. Fransalı mütəxəssis 2026-cı il dünya çempionatından sonra hazırkı vəzifəsindən ayrılacaq.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Tezliklə azad olacam. Bunu hamı bilir. İtaliya? Heç nəyi istisna etməzdim. Amma bu, hələlik planlarımda deyil. Görək bundan sonra nə olacaq”.

Deşam 2012-ci ildən bəri Fransa millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionluğunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button