Deku “Barselona” ilə Messi arasında qalıb

“Barselona”nın idman direktoru Deku, dünya çempionatının finalında İspaniya ilə Argentina millisi arasında keçiriləcək oyun barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi bunu deyib:

“Lionel Messi həmişə bizdən biri olaraq qalacaq. Seçim etmək çətindir. Bir tərəfdə dostum olmaqla yanaşı, hər şeyi bizə, “Barselona” azarkeşlərinə verən Messi var. O, əfsanədir. Mənim üçün onun göstərdiyi oyun sadəcə möhtəşəmdir. Digər tərəfdə “Barselona”lı uşaqlar var. Bu, çətin seçimdir. Düşünürəm ki, həyəcanverici final olacaq”.

Dünya çempionatının final oyunu iyulun 19-da ABŞ-nin “MetLife” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button