De Byazi 2 futbolçunun xidmətinə ehtiyac duymadı

Azərbaycan millisinin Slovakiya yığması ilə bugünkü oyun üçün “23-lüy”ü açıqlanıb.

Komanda.az xəbər verir ki, iki matç üçün çağırılan 26 nəfərlik heyətdən üç futbolçu kənarda qalıb.

Cəzalı Mahir Emrelinin bu qarşılaşmanı buraxacağı öncədən məlum idi. Mahirdən başqa, daha iki futbolçu heyətdən kənarda qalıb. Baş məşqçisi Canni de Byazi Rüstəm Əhmədzadə və Qismət Alıyevdən imtina edib:

Qapıçılar: 1. Emil Balayev, 12. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev;

Müdafiəçilər: 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Cəlal Hüseynov, 6. Höccət Haqverdi, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 16. Anton Krivotsyuk;

Yarımmüdafiəçilər: 3. Elvin Cəfərquliyev, 7. Anatoli Krivotsyuk, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22. Aleksey İsayev;

Hücumçular: 9. Renat Dadaşov, 10. Musa Qurbanlı, 11. Ramil Şeydayev.

Slovakiya – Azərbaycan matçı saat 22:45-də start götürəcək.