De Byazi albanların namizədləri arasında

Albaniya Futbol Federasiyası millinin baş məşqçisi Eduardo Reya ilə yollarını ayıracaq. Federasiya 77 yaşlı məşqçi ilə müqavilə müddətini uzatmayacaq.

Komanda.az “gazeta10.com”-a istinadən xəbər verir ki, Reyanı əvəzləyəcək namizədlər arasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin də adı var. Albanlar Esteban Kambiyasso və Dino Baccio variantlarını da nəzərdən keçirir.

De Byazi 2011-2017-ci illərdə Albaniya yığmasının “sükanı arxasında” olub.

66 yaşlı mütəxəssisin AFFA ilə müqaviləsinin müddəti 2023-cü ilin noyabrına qədərdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button