De Bruyne UEFA-nın son qərarını gözləyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan belçikalı futbolçu, “şəhərlilər”in UEFA tərəfindən iki illik avrokuboklardan uzaqlaşdırılması səbəbiylə qərarını vermədiyini bildirib:

“Hazırda sadəcə gözləyirəm. Klub bizə verlən qərarla bağlı etiraz edəcəyini və uğur qazanacaqlarından əmin olduğunu bildirdi. Buna görə də, nə olacağını görmək üçün gözləyirəm. Komandama güvənirəm. Qərar verildikdən sonra hər şeyi nəzərdən keçirəcəm. Avrokubokların olmadığı iki il uzun bir müddətdir. Bir il olsaydı, gözləyə bilərdim”.

De Bruynenin klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.