DÇ-2026: “Messinin şikayəti yoxdur”

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın 1/8 final mərhələləsində Misir yığmasına qarşı keçiriləcək oyuna hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Argentina millisinin baş məşqçisi Lionel Skaloni məlumat verib.

Argentinalı mütəxəssis, Messinin səhhətində heç bir problemin olmadığını bildirib:

“Leo tam hazırdır, onu heç nə narahat etmir. Son oyunda 120 dəqiqə meydanda olsa da, heç bir narahatlığından şikayəti yoxdur. Misir millisinə qarşı matçda oynayacaq”.

Argentina – Misir matçı iyulun 7-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button