DÇ-2022-yə vəsiqə qazanan 27 komanda

Futbol üzrə DÇ-2022-nin 32 iştirakçısından 27-si müəyyənləşib.

Komanda.az xəbər verir ki, indiyədək Qətərdə keçiriləcək DÇ-2022-də oynamaq hüququnu bu milli komandalar qazanıblar:

Avropa: İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə

Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay

Afrika:  Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis

Asiya: İran, Qətər (təşkilatçı ölkə), Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya

Şimali Amerika: Kanada

Daha 5 iştirakçıdan ən sonuncusu iyun ayında müəyyənləşəcək.

DÇ-2022-nin püşkatması aprelin 1-də keçiriləcək. Mundial 21 noyabr-18 dekabrda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button