DÇ-2022-yə neçə bilet satılıb?

Qətərdə keçiriləcək DÇ-2022 üçün bilet satışının ilk mərhələsində 804 186 bilet satılıb.

Komanda.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb. 

DÇ-yə Qətər, ABŞ, İngiltərə, Meksika, BƏƏ, Almaniya, Hindistan, Braziliya, Argentina və Səudiyyə Ərəbistanından olan azarkeşlər daha çox maraq göstərir. 

Bilet satışının növbəti mərhələsi aprelin 5-də, saat 13:00-da başlayacaq.

DÇ-nin qrup mərhələsinin oyunlarına biletlər əcnəbi azarkeşlər üçün 250-800 Qətər rialı (69-220 dollar), yerli azarkeşlər üçün 40 rialdır (11 dollar).

Dünya çempionatının final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button