DÇ-2022: Qətəri tərk etdi – Evi qarət olunub

İngiltərə millisinin hücumçusu Rahim Sterlinq DÇ-2022-ni yarımçıq qoyaraq ailəsinin yanına qayıdıb.

Komanda.az “Daily Telegraph”-a istinadən xəbər verir ki, buna səbəb onun Londondakı evinin qarət edilməsi olub.

İngiltərə millisinin mətbuat xidməti dünya çempionatının pley-off matçı öncəsi 27 yaşlı futbolçunun oyunda iştirak etməyəcəyini bildirib:

“Londondakı evində oğurluğun qurbanı olan Sterlinq İngiltərəyə – ailəsinin yanına qayıtmağa qərar verib. Oğurluq şənbə günü, axşam saatlarında baş verib”.

DÇ-2022-nin 1/8 final mərhələsində İngiltərə Seneqalı məğlub edərək (3:0), 1/4 finala vəsiqə qazana bilib. Onların rəqibi Fransa milli komandası olacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button