DÇ-2022: Seçmə mərhələnin oyunları təxirə salındı

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Afrika zonası üzrə iyunda keçirilməsi planlaşdırılan seçmə mərhələ oyunları təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Təxirə salınmaya səbəb koronavirus pandemiyasının yaratdığı çətinliklərdir.

DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsinin oyunlarının sentyabr, oktyabr, noyabrda, həmçinin 2022-ci ilin martında keçirilməsi planlaşdırılır.