DÇ-2022: Qətərin xərclədiyi məbləğ bilindi

Qətər dövlətinin futbol üzrə dünya çempionatının keçirilməsi üçün nə qədər pul xərclədiyi məlum olub.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, bu barədə mundialın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlama verib.

Əl-Nuaymi bildirib ki, DÇ-2022 üçün 208 milyard avro xərclənib. O, bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğunu deyib:

“Yeni yollar, metro, hava limanı, otellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti DÇ-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb”.

DÇ-2022 20 noyabr-18 dekabrda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button