DÇ-2022: Qol vuran ən yaşlı futbolçu

Portuqaliya milli komandasının müdafiəçisi Pepe dünya çempionatının 1/8 final mərhələsində qol vuran ən yaşlı futbolçu olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu bu uğura DÇ-2022-nin pley-off mərhələsində İsveçrəyə qarşı keçirdikləri matçda (6:1) fərqlənməklə nail olub. Görüşün 33-cü dəqiqəsində fərqlənən müdafiəçi 39 yaşında bunu bacarıb.

DÇ-2022-nin 1/4 final mərhələsində portuqaliyalılar Mərakeş yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button