“Sabahkı qarşılaşmanın asan keçəcəyini ağlımıza da gətirmirik” – İrlandiya millisinin üzvü

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan və Serbiya ilə qarşılaşacaq İrlandiya milli komandasının futbolçusu Qavin Bazunu açıqlama verib.

Komanda.az xəbər verir ki, irland qapıçı, hədəflərinin qələbə qazanmaq olduğunu deyib:

“Dünyanın ən yaxşılarından biri olan Portuqaliya millisi ilə səfərdə necə oynadığımızı gördüz. Komandada çox oyunçu yenidir. Çox müdafiə olunsaq da, rəqibə çətinliklər yarada bildik. Kifayət qədər qol şanslarımız da yarandı. Bizimlə qalın, inanın ki, düz yoldayıq. Qarşıdakı iki matç çox vacibdir və qələbə qazanmalıyıq.

Azərbaycan və Serbiya ilə evdə oynayacağıq. Doğma azarkeşlərimiz önündə hər şey edəcəyik ki, 6 xal qazanaq. Çünki bacara biləcəyimiz yalnız budur. Bu matçlara Portuqaliyadakı görüşə yanaşdığımız kimi hazırlaşmalıyıq. Sabahkı qarşılaşmanın asan keçəcəyini ağlımıza da gətirmirik. Bütün matçlardakı kimi, yenə ortada üç xal var və onu qazanmaq üçün hücum etməliyik”.

İrlandiya millisi sentyabrın 4-də Azərbaycan, 7-də isə Serbiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button