Azərbaycan – Portuqaliya matçının stadionu açıqlandı

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan milli komandasının Portuqaliya yığması ilə qarşılaşacağı stadion müəyyənləşib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan – Portuqaliya oyunu sentyabrın 7-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda iki oyun keçirib. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabıyla uduzub. Milli 0 xalla qrupda sonuncudur.