Kasilyasın DÇ-2022 ilə bağlı istəyi

“Real”ın və İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas DÇ-2022 barədə danışıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, o, Xorvatiya və Mərakeş milli komandaları haqda fikirlərini bildirib:

“Mənim əsas istəyim Xorvatiya və ya Mərakeşin qalib gəlməsidir. Lakin Argentina kimi böyük futbol ənənəsi olan komanda da var. Son dünya çempionu olan Fransa da çox güclüdür. Ümid edirəm ki, onlar çox yaxşı oynayacaqlar”.

Mərakeş millisi DÇ-2022-nin 1/4 finalında Portuqaliyaya qalib gələrək (1:0), yarımfinala yüksəlib. Növbəti mərhələdə onların rəqibi Fransa olacaq. Yarımfinal mərhələsinin digər cütündə isə Xorvatiya ilə Argentina qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button