DÇ-2022: Braziliya darmadağınla qələbə qazandı

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə sonuncu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, səfərdə Boliviyaya 4 cavabsız qolla qalib gələn Braziliya millisi 45 xalla qrupda 1-ci yeri tutub.

Argentina yığması isə Ekvadorla qarşılaşmada 1:1 hesablı heç-heçə edib və 2-ci yerlə DÇ-2022-yə vəsiqəni təmin edib.

Boliviya – Braziliya 0:4
Qolla
r: Paketa, 24, Riçarilson, 45, 90+1, Gimaraeş, 66.

Çili – Uruqvay 0:2
Qollar
: Suares, 79, Valverde, 90

Ekvador – Argentina 1:1
Qollar: 
Valensiya, 90+3 – Alvares, 24

Peru – Paraqvay 2:0
Qollar
: Lapadula, 5, Yotun, 42

Venesuela – Kolumbiya 0:1
Qol:
Hames, 45+4-pen.

Cənubi Amerika zonasından Argentina, Braziliya, Ekvador və Uruqvay DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Peru isə Birləşmiş Ərəb Əmirlikləri/Avstraliya cütünün qalibi ilə qitələrarası pley-off matçına çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button