DÇ-2022: Braziliya millisinin yekun heyəti açıqlandı

Futbol üzrə Braziliya yığmasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Komanda.az Braziliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Tite 26 futbolçu seçib.

Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 9 hücumçu yer alıb:

Qapıçılar: Alisson (“Liverpul”), Ederson (“Mançester Siti”), Veverton (“Palmeyras”);

Müdafiəçilər: Tyaqo Silva (“Çelsi”), Markinyos (PSJ), Danilo (“Yuventus”), Aleks Telles (“Sevilya”), Aleks Sandro (“Yuventus”) Eder Militao (“Real”), Bremer (“Yuventus”), Dani Alves (“UNAM Pumas”);

Yarımmüdafiəçilər: Bruno Gimaraynş (“Nyukasl”), Kazemiro (“Mançester Yunayted”), Lukas Paketa (“Lion”), Fabinyo (“Liverpul”), Fred (“Mançester Yunayted”), Everton Ribeyro (“Flamenqo”);

Hücumçular: Neymar (PSJ), Vinisius Junior (“Real”), Antoni (“Mançester Yunayted”), Rodriqo (“Real”), Riçarlison (“Tottenhem”), Rafinya (“Barselona”), Qabriel Martinelli (“Arsenal”), Pedro (“Flamenqo”), Qabriel Jezus (“Arsenal”).

Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Braziliya millisi Serbiya, İsveçrə və Kamerunla birgə G qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button