DÇ-2022: “Bu, utancvericidir” – Kurtua

Belçika millisinin qapıçısı Tibo Kurtua DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Xorvatiya ilə matçını (0:0) şərh edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, “qızıl nəsil” olmadıqlarını dilə gətirib:

“Biz “qızıl nəsil” deyilik. Lakin istedadlı və böyük oyunçulara malik bir nəsilik. Son Avropa və dünya çempionatında biz özümüz deyildik. Bu, utancvericidir. Görək kim gedəcək, kim qalacaq”.

Kurtua DÇ-2022-də yola davam etmək üçün mübarizə apardıqlarını qeyd edib:

“Bizim istədiyimiz bu deyildi. Öncədən bilirdik ki, üç çətin rəqiblə qarşılaşacağıq. Növbəti mərhələyə vəsiqə qazana bilmədik. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Bu, futboldur”.

Belçika DÇ-2022-nin qrup mərhələsinin üç turunda 4 xal toplayaraq üçüncü yeri tutub. 21-ci əsrdə ilk dəfə olaraq onlar Avropa və dünya çempionatlarında qrup mərhələsindən çıxa bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button