Daha yaxşı nəticə qazana bilərdik – Solari

“Real”ın baş məşqçisi Santyaqo Solari, İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Barselona”yla qollu bərabərə qaldıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Solari, 1:1 hesabıyla bitən matçı belə şərh edib:

“Final şansları hələ bərabərdir. Yaxşı oyun sərgilədik. Cavab qarşılaşmasında da əlimizdən gələni etməliyik. Daha çətin oyun bizi gözləyir.

Maraqlı qarşılaşma oldu. İlk hissədə daha çox qol vura bilərdik. Daha yaxşı nəticə ala bilərdik, bu fürsəti qaçırdıq.

Futbolçularımdan razıyam. Hər oyuna qazanmaq üçün çıxırıq. Bu matçda da qələbə qolunu axtardıq. Sərgilədiyimiz oyundan razıyam”.

Komandalar arasındakı cavab matçı fevralın 27-də, “Santyaqo Bernabeu” stadionunda  keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button