“Daha çox qol vura bilərdik” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 7-ci turundan təxirə salınan “Everton”la matçdan sonra (4:0) açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, qələbəyə layiq olduqlarını deyib:

“Oyunun əvvəlində çətinliklər yaşadıq. İlk 25 dəqiqədən sonra futbolçularımın oyunundan məmnun qaldım. Birinci qolu vurduqdan sonra ayağımız açıldı.

Sehrli anı Bukayo Saka yaratdı. Qalib gəlməyə layiq idik. İkinci hissədə çox yaxşı oynadıq. Daha çox qol vura bilərdik”.

İspaniyalı mütəxəssis komandasının “Mançester Siti”yə məğlubiyyəti (1:3) haqda da fikir bildirib:

“Mançester Siti”yə məğlubiyyətdən sonra yenidən uğurlu çıxış edəcəyimizə şübhə etmirdim. Oyunçularımın qələbə qazanmaq istəyini anlayıram. Onlar hər zaman öyrənmək istəyirlər”.

“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlinə 60 xalla başçılıq edir. “Everton” 21 xalla 18-ci sırada yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button