Dadaşovun komandası Portuqaliya kubokunun 1/8 finalında!

Futbol üzrə Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Leyksoeş”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç “Tondela”nın qələbəsiylə yekunlaşıb – 3:1. Beləcə, azərbaycanlı futbolçunun komandası inamlı qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb.

Renat da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 78-ci dəqiqədə meydana buraxılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button