Dadaşovun komandası evdə xal itirdi

Futbol üzrə ABŞ birinci liqasında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “San Dieqo Loyal” ilə qarşılaşıb. “Finiks Rayzinq” bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 61-ci dəqiqədə əvəzlənib.

Cari mövsümdə keçridiyi 6 oyunda 13 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button