Dadaşovsuz darmadağın

Futbol üzrə Almaniya 3-cü Liqasında 30-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası doğma meydanda “Unterhaxinq”lə qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Hazırda Azərbaycan yığmasının düşərgəsində olan Rüfət bu görüşün iştirakçısı olmayıb.

Dadaşovun komandası 30 turdan sonra 41 xalla 8-ci pillədə qərarlaşıb.