“Çoxlu səhvlər etdik, əks-hücumda yaxalandıq” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri UEFA Avropa Liqasının yarımfinalının “Sevilya” ilə oyunu haqda (1:1) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çoxlu səhvlər etdilərini dilə gətirib:

“Qapımızda qol görənə qədər topla yaxşı oynadıq. Çoxlu səhvlər etdik, əks-hücumda yaxalandıq. Geri qayıtmaq üçün fürsət tapa bilmədik. Nəticədə, boşluqlar özünü göstərdi.

Oyun ərzində bənzər epizodlar yaşadıq. Futbolçularım qələbə qazanmaq üçün meydançada hər şey etdilər. Cavab oyunundan öncə heç-heçənin olması rəqabəti qoruyub saxlayır”.

“Sevilya” – “Yuventus” cütünün cavab matçı 18 may, saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button