“Çox şey öyrəndik” – “Qəbələ”nin braziliyalısı

“Qəbələ”nin futbolçusu Ruan Renato 2021/2022 mövsümünü dəyərləndirib.

Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi “instaqram” hesabındakı paylaşımında klubdakı ilk mövsümü haqda fikirlərini qeyd edib:

“Qəbələ”dəki ilk mövsümüm başa çatdı. Mənə bu fürsəti verdikləri üçün çox minnətdaram. Əla oyunlarımız oldu, çox şey öyrəndik və çətin il keçirdik. Müqaviləmin yenilənməsi məni daha da ruhlandırır”.

“Qəbələ” bu mövsüm Premyer Liqada 4-cü yeri tutaraq, UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button