Çox sağ ol, Elxan Məmmədov, var ol, cənab baş katib!

Mız

İlahi!

Biz necə də xoşbəxtik!

Futbol üzrə milli komandamız bizim hamımızı qaldırıb buludların üstünə, ordan ayağımızı üzü aşağı sallayıb, xoşbəxtcəsinə gülümsəyirik.

Bəs nə?!

Milli komandamız tozu da, torpağı da, azca külək qalxan kimi uçub ağzımıza girən “klyoklar”ı da gözəl olan doğma Bakımızda dünya üçüncüsü Xorvatiyadan 1 xal aldı. Sonra isə qəhrəman, igid futbolçularımız Bəhreyn millisini səfərdə, yoxlama oyununda məğlub etdi.

Çox sağ ol, Elxan Məmmədov, var ol, cənab baş katib! Sənin 12 il ərzində yürütdüyün siyasətin nəticəsidir bu! Bu, sənin futbol zəkanın meyvəsidir!

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində 1 xalla qrup sonuncusu olmağımız isə sənin günahın deyil, dəhşətli dərəcədə çox hörmətli baş katib. O 1 xal heç milli komandamızın igid, qəhrəman futbolçularının da günahı deyil. O 1 xal milli komandamızı sevməyənlərin, düşmənlərin əməlidir. Ölüm olsun onlara!

Mızbaz