“Çox önəmli oyun olacaq” – “Sərhədçi”nin baş məşqçisi

“Abşeron”la oyuna tam heyətlə çıxacağıq”.

Komanda.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının 17-ci turunda keçirəcəkləri “Abşeron”la oyundan öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib. Türkiyəli mütəxəssis matça yaxşı hazırlaşdıqlarını vurğulayıb:

“Bu gün tam heyətlə oyuna çıxacağıq. Çox yaxşı hazırlaşmışıq. Marlon Teylor da zədəsini sağaldaraq geri dönüb. Rəqib son matçlarda məğlubiyyətlər yaşayıb. Bizimlə eyni sayda qələbələri var. Çox önəmli oyun olacaq. Rəqibin əsas oyunçularının geri dönüb-dönmədiyini bilmirik. Yeni və köhnə oyunçularımız bir-birilərinə yaxşı uyğunlaşıblar. Fərqli meydanda oynayacağıq, matçı qazanmağa və növbəti tura keçməyə çalışacağıq”.

Bu gün Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək “Abşeron” – “Sərhədçi” görüşü saat 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button