ÇL: “Ola bilsin ki, PSJ ilə matç karyeramın ən vacib oyunudur”

“Barselona”nın yarımmüdafiəçisi Pedri Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab qarşılaşması ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu mətbuat konfransında bu cür matçlarda iştirak edəcəyinə çoxdan ümid etdiyini bildirib:

“Ola bilsin ki, PSJ ilə matç karyeramın ən vacib oyunudur. Mən bunu ancaq Avropa çempionatının İtaliyaya qarşı yarımfinal oyunu ilə müqayisə edə bilərəm. Bu cür matçlarda iştirak edəcəyimə çoxdan ümid edirdim”.

Parisdə keçirilən ilk oyunda yarımmüdafiəçi ehtiyat oyunçular skamyasından meydana çıxıb və bir məhsuldar ötürmə edib. “Barselona” səfərdə PSJ-ni 3:2 hesabı ilə məğlub edib.

Pedri bu mövsüm La Liqada 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button