Superkompüterin Çempionlar Liqasındakı favoriti

“Opta” analitik superkompüteri UEFA Çempionlar Liqasının finalı ilə bağlı yeni ehtimalları açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hesablamalara görə, turnirin həlledici oyununda favorit “Arsenal”dır.

Superkompüter “topçular”ın kuboku qazanmaq şansını 56 faiz dəyərləndirib. PSJ-nin qələbə ehtimalı isə 44 faiz göstərilib.

“Arsenal” tarixində heç vaxt Çempionlar Liqasının qalibi olmayıb. London təmsilçisi 2006-cı ildə finala yüksəlsə də, həlledici matçda “Barselona”ya 1:2 hesabı ilə məğlub olmuşdu. Həmin oyunda ingilislər hesabı açsa da, kataloniyalılar geridönüş etməyi bacarmışdı.

PSJ isə daha əvvəl iki dəfə Çempionlar Liqasının finalında çıxış edib. Paris təmsilçisi 2020-ci ildə “Bayern”ə 0:1 hesabı ilə uduzub. Komanda 2025-ci ildə isə “İnter”i 5:0 hesabı ilə darmadağın edərək, tarixində ilk dəfə turnirin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button