ÇL: Simeone 100-ə çatdı

Çempionlar Liqasının 1/8 final mərhələsində “İnter”ə qarşı ilk matç “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis ÇL-də 100-cü oyununu keçirib. Simeonenin komandası səfərdə rəqibinə 0:1 hesabı ilə uduzub.

Simeone ÇL-də 100 oyun keçirən 9-cu məşqçidir. Daha əvvəl Karlo Ançelotti (198 oyun), Aleks Ferqyuson (190), Arsen Venger (178), Pep Qvardiola (166), Joze Mourinyo (145), Mirça Luçesku (115), Massimiliano Alleqri və Yurgen Klopp (hər ikisi 100) bunu bacarıb.

Dieqo Simeone 2011-ci ildən “Atletiko”nun baş məşqçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button