“Artıq cavab oyunu haqda düşünməyə başlamışam” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Napoli” ilə ilk qarşılaşmasını (1:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yaxşı oynadıqlarını bildirib:

“Artıq cavab oyunu haqda düşünməyə başlamışam. Hər iki komanda üçün çətin qarşılaşma oldu. Elə cavab görüşü də asan keçməyəcək. Yaxşı oynadıq. Daha bir qol vura bilərdik. Növbəti mərhələyə çıxmaq üçün vacib şans yaxaladıq”.

“Napoli” – “Milan” cütünün cavab qarşılaşması aprelin 18-də Neapol şəhərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button