
Slot: “Mənim üçün masanın başında olmaq heç nə demək deyil”
“Liverpul”un baş məşqçisi Arne Slot komandasının UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə erkən çıxmasını şərh edib.
Komanda.az “championship”-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı birinci yerin zəruri üstünlük olub-olmayacağı barədə danışmağın hələ tez olduğunu bildirib:
“Birinci yerin zəruri üstünlük olub-olmayacağı barədə danışmaq hələ tezdir. Bəzi insanların bəxti gətirəcək, bəzilərinki isə yox. Bu, yeni turnir formatıdır. Mənim üçün masanın başında olmaq heç nə demək deyil. Hələlik indi biz növbəti mərhələyə vaxtından əvvəl çıxmağımıza nail olduq”.
“Liverpul” Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda doğma meydanda “Lill”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin