ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu ada Madrid “Real”ının qapıçısı Tibo Kurtua layiq görülüb.

İspaniya klubunun və Belçika yığmasının qolkiperi İngiltərənin “Mançeser Siti” komandasına 3:1 hesabıyla qalib gəldikləri yarımfinalın cavab matçında 8 seyvlə yadda qalıb.

Həftənin ən yaxşı oyunçusu adına Luis Dias (“Liverpul”, İngiltərə), Bernardo Silva (“Mançester Siti”, İngiltərə) və Frensis Koklen (“Vilyarreal”, İspaniya) də namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button