
“Çempionlar Liqasında bütün oyunlar önəmlidir” – Mateus Silva
“Qarabağ”ın futbolçusu Mateus Silva UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində “Ayaks”la oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, oyun haqda bunu deyib:
“Bizi çox ciddi oyun gözləyir. Bizim oyun fəlsəfəmiz hamıya bəllidir. Doğma meydanda azarkeşlərimizin önündə oynayacağıq.
Bu turnirdə uğurlu nəticə göstərmək üçün tək mənim performansım yetərli deyil. Bütün komanda yaxşı çıxış etməlidir. Çempionlar Liqasında bütün oyunlar önəmlidir. Yaxşı oyun göstərməyə çalışacağıq. Bu dəfə vəziyyəti öz xeyrimizə dəyişməyə çalışacağıq”.
Nəzrin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



