“Uzağa getmək istəyirsənsə, böyük komandaları məğlub etməlisən” – Qalte

PSJ-nin baş məşqçisi Kristof Qalte komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması haqda danışıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, baş məşqçi böyük komandaları məğlub etməli olduqlarını deyib:

“Yuventus”u iki dəfə məğlub etdik və 90+2-ci dəqiqəyə qədər çox xoşbəxt idik. Amma bu turnirdə mümkün qədər uzağa getmək istəyirsənsə, böyük komandaları məğlub etməlisən. Gəlin püşkatmanı gözləyək və görək 1/8 finalda kim qalib olacaq”.

PSJ 6 oyundan sonra 14 xalla H qrupunu ikinci pillədə başa vurub. Qaltenin yetirmələri Çempionlar Liqasının 1/8 finalında çıxış edəcək. “Yuventus” isə qrup mərhələsini 3-cü pillədə başa vurub və Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button